Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samuxda məktəb direktoru şagirdlərlə birgə "oğru aləmi"ni tərənnüm edən mahnı oxuyub? 

Samux rayonunda keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən ara mahnısı səsləndirilib, mahnı şagirdlər tərəfindən ifa olunub...

Bununla bağlı görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib.

Görüntülərdə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasovanın şagirdlərlə birlikdə sözügedən mahnını müşayiət etdiyi iddia olunur.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək:

"Dünən ümumtəhsil müəssisələrində "Son zəng" tədbirləri keçirilib. Məktəblərə bu tədbirlərin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərilib. Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunur. Agentlik tərəfindən bu hallarla bağlı müvafiq araşdırmalar aparılacaq. Məktəb rəhbərliyi və digər məsul şəxslərlə bağlı ölçü götürüləcək".

Poliqon.info

 


Etiket: Son zəng


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aİ-yə daxil olmayan 9 ölkə İrana qarşı sanksiyalara qoşulub

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” qlobal sammiti işə başlayıb

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

Ən çox oxunanalar